...

Bu ərazilərə qar yağıb (VİDEO)

Cəmiyyət Materials 10 Mart 2022 13:15 (UTC +04:00)
Bu ərazilərə qar yağıb (VİDEO)

Bakı. Trend:

Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yağış Sarıbaşda (Qax) 22.0 mm, Zaqatalada 14.0 mm, Balakəndə 13.0 mm, Sədərəkdə 8.0 mm, Kürmükçay İlisuda (Qax) 7.0 mm, Ağdərədə (Ordubad) 6.0 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 5.0 mm, Qrız, Göygöl, Daşkəsən, Kişçayda (Şəki) 4.0 mm, Şinçay Şin (Şəki), Ləzə, Qubada 3.0 mm, Qusar, Xaltan, Ağstafa, Oğuz, Şahbuz, Şabran, Şahdağ, Şəkidə 2.0 mm, Şərur, Xınalıq, Gədəbəy, Şəmkir, Qobustan, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 32 sm, Sarıbaşda (Qax) 22 sm, Ləzədə 4 sm, Qrızda 3 sm, Əyriçay-Başdaşağılda (Oğuz) 2 sm, Xınalıq, Kişçayda (Şəki) 1 sm olub.

Şimal-qərb küləyi arabir Tovuzda 20 m/s, Naftalan, Tərtər, Salyan, Gəncədə 18 m/s, Kəlvəzdə 15 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Havanın minimal temperaturu martın 9-da Bakıda iqlim normasından 2.2° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 3°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, aran rayonlarında 3-5° isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti