...

Bir neçə küçə və prospektdə hərəkət məhdudlaşdırılacaq (SİYAHI)

Cəmiyyət Materials 25 Mart 2022 17:50 (UTC +04:00)
Bir neçə küçə və prospektdə hərəkət məhdudlaşdırılacaq (SİYAHI)

Bakı. Trend:

Bakıda bir neçə küçə və prospektdə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 26-27 mart tarixlərində aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq:

1. Ziya Bünyadov prospekti ("Santral" mağazasının qarşısı);
2. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı);
3. Abdülvahab Salamzadə küçəsi ("Qələbə dairəsi"ndən tunelin giriş hissəsinə qədər);
4.Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ("Qurd qapısı"ndan İzzət Nəbiyev küçəsinə qədər olan hissə);
5.Tbilisi prospekti yan yol (Pişəvəri küçəsindən "20 Yanvar dairəsi" nə qədər olan hissə);
6. "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində).

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq qeyd olunan ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması tətbiq edilə bilər. Bu üzdən sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti