Bakı. Trend:
Azərbaycanda Xüsusi müsadirə institutu yaradılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyevin tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər planına əsasən, Xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə ölkə ərazisində, yaxud başqa dövlətin yurisdiksiyasında olan cinayət yolu ilə əldə olunmuş əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin qaytarılması (aşkar edilməsi, üzərinə həbs qoyulması, aktivlərin dondurulması və sair) ilə bağlı səmərəli fəaliyyətin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlanması nəzərdə tutulur.