...

Gürcü müğənnilər Şuşada Azərbaycan mahnılarını oxudular (VİDEO)

Cəmiyyət Materials 16 Aprel 2022 17:48 (UTC +04:00)
Gürcü müğənnilər Şuşada Azərbaycan mahnılarını oxudular (VİDEO)

Şuşa. Trend:

Gürcüstanlı mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərin Şuşaya səfəri başa çatıb.

Trend-in məlumatına görə, qonaqlar şəhərin mərkəzi meydanında, Şuşa qalasında, Cıdır düzündə olublar. Bundan başqa Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev muzeyini ziyarət ediblər.

Gürcüstanlı opera müğənnisi Jakeli Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib. Şəhərin küçələrini gəzən müğənni Veriko Turaşvili "Sarı gəlin" mahnısını ifa edib. Müğənni Dmitri Kisişvili isə qızı Eli Kisişvili ilə birlikdə Şuşada "Cücələrim" mahnısını oxuyublar.

Qeyd edək ki, dünən gürcüstanlı qonaqlar Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər. Sabah isə onlar Ağdamda olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti