Bakı. Trend:
Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanal bərpa edilib.
Bunu Trend-ə kənd icra nümayəndəliyindən bildiriblər.
İcra nümayəndəliyindən qeyd olunub ki, hazırda həyətyanı sahələrə axan suyun qarşısı alınıb:
"Ağstafaçay Su Qovşağı İdarəsi və Ağstafa İcra Hakimiyyəti tərkibindəki fövqəladə hallar komissiyası yaranan vəziyyətlə bağlı tədbirlər görüb. Baş verən qəza aradan qaldırılıb. Kənd sakinlərinə heç bir ziyan dəyməyib".
Xatırladaq ki, dünən Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanalın sıradan çıxması nəticəsində kənddə bir neçə evin həyətyanı sahəsini su basıb.