...

AMEA-nın Rəyasət Heyətində sıravi işçilər direktorlardan daha çox maaş alır - Vitse-prezident

Cəmiyyət Materials 27 Aprel 2022 12:24 (UTC +04:00)
AMEA-nın Rəyasət Heyətində sıravi işçilər direktorlardan daha çox maaş alır - Vitse-prezident
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AMEA-nın Rəyasət Heyəti aparatının sıravi işçiləri elmi müəssisələrin direktorlarından daha çox maaş alır.

Trend-in məlumatına görə, bunu akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.

O, problemlərin həlli üçün təkliflər verib.

"Qüvvədə olan normativ-hüquqi sənədlərə əsasən AMEA-da əməkhaqqının ödənilməsi üçün 2 mexanizm var. Birincisi AMEA Rəyasət heyəti aparatının, Gəncə bölməsinin aparatının işçiləri üçün xüsusi cədvəl üzrə, ikincisi AMEA-nın elmi müəssisə və təşkilatlarının işçiləri üçün vahid tarif cədvəli üzrə əməkhaqqının ödənilməsidir. Bu cədvələ görə AMEA Rəyasət heyətinin sıravi işçiləri elmi müəssisələrin baş direktorlarından, icraçı direktorlarından, elmi katiblərdən, elmi şöbələrin rəhbərlərindən çox maaş alır. Elmi müəssisələrdə inzibati-idarəetmə və köməkçi heyətin elmi yaradıcı heyətlə əməkhaqlarının Vahid Tarif Cədvəli üzrə eyni mexanizmlə ödənilməsi elmi işçilərdə motivasiya yaratmır.

Elmi işçilər kateqoriyasının əməyi baza əmək haqqı saxlanılmaqla elmi problemlərin ünvanlı maliyyələşdirilməsi əsasında motivasiyayaradıcı, stimullaşdırıcı mexanizmlər əsasında müəyyənləşdirilməsi üçün zəruri normativ hüquqi baza yaradılmalıdır. AMEA üzrə inzibati idarəetmə və köməkçi heyətlərin əməkhaqlarının vahid mexanizm əsasında ödənilməsi üçün mübafiq tədbirlər görülməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti