...

Azərbaycanda bu vergi güzəştinin müddəti daha 5 il uzadılır

Cəmiyyət Materials 6 May 2022 17:21 (UTC +04:00)
Azərbaycanda bu vergi güzəştinin müddəti daha 5 il uzadılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bəzi gəlir vergisindən azadolmalar və güzəştlərin müddəti artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən daha 5 müddətinə gəlir vergisindən azad ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsində bu güzəştlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində tətbiq edilmişdi. Məcəlləyə təklif olunan dəyişikliklə isə bu güzəştlər daha 5 il müddətinə üzadılır.

Dəyişiklik mayın 5-də Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti