...

Şuşa Real Məktəbi bərpadan sonra belə olacaq (VİDEO)

Cəmiyyət Materials 23 May 2022 11:38 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin bərpada sonra necə görünəcəyi ilə bağlı video paylaşıb.

Bu barədə Trend-ə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti