...

Təhsil Nazirliyi Müstəqillik Günü ilə əlaqədar dərs günlərini açıqlayıb

Cəmiyyət Materials 25 May 2022 18:34 (UTC +04:00)
Təhsil Nazirliyi Müstəqillik Günü ilə əlaqədar dərs günlərini açıqlayıb

Bakı. Trend:

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti