Bakı. Trend:
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb.