...

Fransa Azərbaycanda yeni təhsil layihələrini təşviq edir - Səfir

Cəmiyyət Materials 27 May 2022 17:52 (UTC +04:00)
Fransa Azərbaycanda yeni təhsil layihələrini təşviq edir - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Azərbaycanda yeni təhsil layihələrini təşviq edir.

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Bakı Dövlət Universiteti (BDU) və Lion Universiteti arasında ikili diplom barədə sazişin imzalanması mərasimi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz hazırda Azərbaycan Turizm Universiteti ilə magistr kursu proqramını müzakirə edirik. Bu proqram Azərbaycanın turizm sektorunun inkişafına, ekstremal turizmin və ümumi iqtisadi artımın inkişafına xidmət edəcək", - səfir deyib.

Onun sözlərinə görə, Fransa və Azərbaycan mühəndislik və sənətşünaslıqla yanaşı, hüquq, sosial elmlər, menecment sahələrində də əməkdaşlıq etməlidir.

"Biz Bakı Dövlət Universiteti ilə əməkdaşlıqdan məmnunuq. Biz bir ildən də az müddət ərzində bu əməkdaşlığı qura bildik. BDU və Lion Universitetinin birgə diplomları həm Azərbaycanda, həm Fransada, həm də bütün Avropada tanınacaq", - deyə o bildirib.

Səfir əlavə edib ki, BDU ilə dayanıqlı iqtisadi inkişaf sahəsində əlavə layihələr müzakirə olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti