Bakı. Trend:
Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı Azərbaycana 680 nəfərlik kvota verib.