...

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə I Açıq Çempionatının qalibləri müəyyənləşib

Cəmiyyət Materials 2 İyun 2022 01:19 (UTC +04:00)
“Ocaq Sport” klubunun bədii gimnastika üzrə I Açıq Çempionatının qalibləri müəyyənləşib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə I açıq çempionatının birinci yarış gününün ikinci yarısının yekunlarına əsasən fərdi çıxışlarda 2012, 2011, 2010, 2007-2009-cu il təvəllüdlü idmançılar, eləcə də qrup hərəkətlərində komandaların tərkibində çıxış edən 2012-2014-cü il təvəllüdlü gimnastlar arasında qalib və mükafatçılar müəyyənləşib.

Trend xəbər verir ki, Bakı klublarını təmsil edən və C qrupunda çıxış edən 2012-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Fərəh Əhmədzadə (“Ocaq Sport” klubu) birinci, Nuray Muradlı (“Zirə" mərkəzi) ikinci, Mehin Hüseynova (“Ocaq Sport” klubu) və Ayla Nicati (Bakı Gimnastika Məktəbi) üçüncü yeri tutublar.

Region klublarını təmsil edən və C qrupunda çıxış edən 2012-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Sevgi Musayeva (Zaqatala) qızıl, Həbibə Səmədova (Zaqatala) gümüş, Selena Abdurrəhmanova bürünc medala (Talaçay kompleksi(Zaqatala)) layiq görülüblər. B qrupunda ən yaxşı nəticəni Firuzə Məmmədova (Zaqatala) göstərmiş, İnci Xəliyli (Kürdəmir) ikinci, Ülkər Quliyeva (Masallı) isə üçüncü yeri tutmuşlar.

Bakı klublarını təmsil edən və A qrupunda çıxış edən 2011-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Yelizaveta Efremova (Bakı Gimnastika Məktəbi) birinci, Azadə Atakişiyeva (“Ocaq Sport” klubu) ikinci, Xədicə Mukimova (“Ocaq Sport” klubu) isə üçüncü olub.

Region klublarını təmsil edən və A qrupunda çıxış edən 2011-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Myalək Mahmudlu (Zaqatala) qızıl, İlknur Hacıyeva (Zaqatala) gümüş, Nazlı Baxışova (Mingəçevir) bürünc medala sahib olublar.

Bakı klublarını təmsil edən və A qrupunda çıxış edən 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Şəms Ağahüseynova (“Ocaq Sport” klubu) birinci, Nəzrin Salmanlı (“Ocaq Sport” klubu) ikinci, Şəms Müvyafyaqi (Respublika kompleks idman məktəbi) üçüncü yeri tutub.

Region klublarını təmsil edən və A qrupunda çıxış edən 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Zəhra Əlizadə (Şirvan) qızıl, Nuray İbişova (Masallı) gümüş, Riana Səfərzadə (Lənkəran) bürünc medala sahib olublar.

Bakı klublarını təmsil edən və C qrupunda çıxış edən 2007-2009-cu il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Sara Babayeva (“Ocaq Sport” klubu) birinci, Leyla Maqomedova (Bakı Gimnastika Məktəbi) ikinci, Səbinə Rəcəbli (“Ocaq Sport” klubu) üçüncü yeri tutublar. B qrupunda ən yaxşı nəticəni Nərmin Bayramova (“Ocaq Sport” klubu) göstərib, Dəniz Əsgərova (“Ocaq Sport” klubu) ikinci, Mədinə Aslanova (“Respublika Kompleks İdman Məktəbi”) üçüncü yeri tutub.

Region klublarını təmsil edən və C qrupunda çıxış edən 2007-2009-cu il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Selcan Kərimova birinci, Leyla Məmmədəliyeva ikinci, Aliyə Əzizova isə üçüncü olub.B qrupunda Yasəmyan Nəsirova (Mingəçevir) qızıl, Ləman Katibova (Mingəçevir) gümüş, Nazlı Kərimova (Masallı) bürünc medala sahib olublar.

Bakı klublarını təmsil edən və komandaların tərkibində qrup hərəkətləri (alətsiz proqram) üzrə çıxış edən 2012-2014-cü il təvəllüdlü gimnastlar arasında B qrupunda birinci yeri "Ocaq 3" komandası, ikinci yeri Bakı Gimnastika Məktəbinin komandası, üçüncü yeri isə “Zirə” mərkəzinin komandası tutub. A qrupunda “qızıl”ı Bakı Gimnastika Məktəbinin komandası, “gümüş”ü “Ocaq 1” komandası, “Ocaq 2” komandası isə bürünc medala sahib olub.

A qrupunda “qızıl”ı Bakı Gimnastika Məktəbinin komandası, “gümüş”ü “Ocaq 1” komandası, “Ocaq 2” komandası isə bürünc medala sahib olub.

B qrupunda qrup hərəkətləri (alətsiz proqram) üzrə rayon klublarını təmsil edən və komandaların tərkibində çıxış edən 2012-2014-cü il təvəllüdlü gimnastlar arasında Zaqatala komandası birinci, Mingəçevir şəhərini təmsil edən komanda ikinci, Şirvan komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyi keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.

İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti