...

Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 16 İyun 2022 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 12 iyun – Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr olunmuş, həmçinin “İnsan hüquqları və onun prinsipləri” mövzusunda tədbirlər keçirilib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva çıxışı zamanı “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlərin keçirilməsinə görə Sosial Xidmətlər Agentliyinə və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə təşəkkürünü bildirib, Aylığın məqsədi və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirlərin sonunda mövzuya dair maarifləndirici videoçarxlar, həmçinin uşaqlar tərəfindən səhnəciklər nümayiş etdirilib. Eyni zamanda, Aylıq çərçivəsində müəssisənin uşaq sakinlərinin iştirakı ilə insan hüquqlarına dair hazırlanmış videoçarx təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti