...

Şəmkirdə istehlaka yararsız ət aşkarlanıb

Cəmiyyət Materials 20 İyun 2022 17:14 (UTC +04:00)
Şəmkirdə istehlaka yararsız ət aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə daxil olan məlumat əsasən, Agentlik əməkdaşları tərəfindən Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub. Həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib. Araşdırmalar davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti