...

Uşaqlar üçün yay düşərgələrini sayı çox məhduddur - Hicran Hüseynova

Cəmiyyət Materials 22 İyun 2022 12:40 (UTC +04:00)
Uşaqlar üçün yay düşərgələrini sayı çox məhduddur - Hicran Hüseynova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlar üçün yay düşərgələrini sayı çox məhduddur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə,bir neçə qurumun nəzdində yay düşərgələri var və onlar bunu daha çox öz işçiləri üçün yaradıblar.

"Ölkəmizdə yaxşı bir təcrübə var idi ki ,Həmkarlar İttifaqının nəzdində belə bir müəssisələr açılırdı. Düşünürdüm ki, uşaqlar üçün yay istirahət düşərgələri də Həmkarlar İttifaqının nəzdində yaradılsın", - deyə H. Hüseynova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti