Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbrələri və digər dövlət qurumlarının məsul şəxsləri ilə birlikdə Nabran kəndində sakinlərin müraciətlərini dinləyib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbəsinin eləcədə Tel kəndinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun
təmiri, tibb məntəqəsinin tikintisi və digər məsələlərlə bağlı
müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.