...

Pensiyalar, əməkhaqqı və sosial müavinətlər üzrə maliyyələşmə artırıldı

Cəmiyyət Materials 5 İyul 2022 16:26 (UTC +04:00)
Pensiyalar, əməkhaqqı və sosial müavinətlər üzrə maliyyələşmə artırıldı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sosial müdafiə xərcləri artırılır.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin xərclənəcəyi əsas istiqamətlərdən biri də sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsidir.

Belə ki, dövlət büdcəsinin gəlirlərinin (2382,0 milyon manat) və kəsirinin (43,0 milyon manat) artımı və təsdiq olunmuş xərcləri arasında aparılacaq dəyişiklik (561,0 milyon manat) hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin 519,0 milyon manatı sosial müdafiə sahəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti