Bakı. Trend:
Rusiyanın "Utair" aviaşirkəti Moskvadan Gəncəyə reyslərin sayını həftədə beş dəfəyədək çoxaldıb.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Reyslər bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerinə yetirilir.
"Bu il biz Azərbaycana reyslərin sayını artırmışıq. Şirkətin cədvəlində Moskvadan Gəncə və Naxçıvana, Moskva, Sankt-Peterburq, Qroznı, Surqut, Tümen və Ufadan Bakıya birbaşa reyslər yer alır. Mövcud reyslər üzrə də reyslərin sayı artırılır", - şirkətin məlumatında deyilir.
(Tərcümə: Orxan Nəbiyev)