...

Bakı-Bodrum aviareysi texniki səbəblərə görə gecikir

Cəmiyyət Materials 16 İyul 2022 11:25 (UTC +04:00)
Bakı-Bodrum aviareysi texniki səbəblərə görə gecikir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti