...

Xaçmaz rayonunun Ləcət kəndində sakinlərin müraciəti dinlənilib (FOTO)

Cəmiyyət Materials 19 İyul 2022 17:33 (UTC +04:00)
Xaçmaz rayonunun Ləcət kəndində sakinlərin müraciəti dinlənilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət kəndində səyyar qəbul keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının və müxtəlif xidmət təşkilatlarının rəhbələri eləcədə Ləcət İnzibati Ərazi Dairəsinə daxil olan Moruqoba və Tağaroba kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşlar müraciət və təkliflərini səsləndiriblər. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmir, müxtəlif vaxtlarda inşa edilən fərdi yaşayış evlərinin sənədləşdirilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti