Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Trend-in məlumatına görə, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.