...

Şəhid anası ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 27 İyul 2022 14:16 (UTC +04:00)
Şəhid anası ziyarət edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Davud Hacıyevin ailəsini ziyarət edib.

Görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub.

Görüş zamanı Davud Hacıyevin məktəb illərini və keçdiyi şərəfli döyüş yolunu özündə əks etdirən fotostendlərə baxış keçirilib. Şəhidlərimizin əziz xatirəsinin hər kəsin qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb.

Şəhid anası Validə Hacıyeva göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Davud Hacıyev ailəsinin tək övladı olub. Vətən müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub. Davud Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti