Bakı. Trend:
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10:39-da Gəncə stansiyasından 50 km şimalda Samux ərazisində (Azərbaycan-Gürcüstan sərhədində) zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
xxx
09:37
Samuxda 4,1 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,1, dərinliyi 18 km. olub. Zəlzələ hiss edilməyib.