...

KOBİA-nın dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir (FOTO)

Cəmiyyət Materials 29 İyul 2022 16:53 (UTC +04:00)
KOBİA-nın dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı başlayıb.

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunmuş festivalda mikro sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edirlər. Bu məqsədlə festival ərazisində KOBİA tərəfindən "Sənətkarlıq məhəlləsi" yaradılıb. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. sərgilənir və satılır. Ümumilikdə 100-dən çox mikro sahibkar və sənətkarlar festivalda məhsullarını təqdim edirlər.

Festival iyulun 31-dək davam edəcəkdir.

Qeyd edək ki, festivalın keçirildiyi Xan yaylağının ərazisində Yaylaq yurdu etno-qəsəbəsi salınıb. Burada "Sənətkarlıq məhəlləsi" ilə yanaşı, “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir. Festivalda müxtəlif xarici ölkələrdən qonaqlar və turistlər də iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti