...

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

Cəmiyyət Materials 8 Avqust 2022 10:04 (UTC +04:00)
Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

Trend-i buradan izləyin

Bakı. Trend:

Respublika Fənn Olimpiadalarının qalibləri Bakı Ali Neft Məktəbində (BANM) dövlət hesabına təhsil alırlar. Son iki ildə Bakı Ali Neft Məktəbinə 35 tələbə müsabiqədənkənar qəbul olunub. 2020-ci ildə 14 nəfər, 2021-ci ildə 21 nəfər BANM-in tələbəsi adını qazanıb. Onlar müxtəlif illərdə Respublika Fənn Olimpiadalarında 1, 2 və 3-cü yerlərə layiq görülüblər. Müsabiqədənkənar qəbul olan tələbələr informatika, riyaziyyat, kimya, fizika fənləri üzrə olimpiada qalibidirlər.

2020-ci ildə BANM-ə müsabiqədənkənar qəbul olunan 14 tələbədən 8-i İnformasiya təhlükəsizliyi, 2-si Kimya mühəndisliyi, 4-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi adını qazanıb.

2021-ci ildə BANM-ə müsabiqədənkənar qəbul olunan 21 tələbədən 11-i İnformasiya təhlükəsizliyi, 5-i Kompüter mühəndisliyi, 3-ü Kimya mühəndisliyi, 2-si Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi adını qazanıb.

Qeyd edək ki, BANM-ə müsabiqədənkənar qəbul edilən abituriyentlər ödənişsiz olaraq təhsil alırlar.

Xəbər lenti

Xəbər lenti