Bakı. Trend:
Avqustun 30-da təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edəcək.
Test imtahanları 30 avqust-1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunacaq.