...

İşgəncələrə qarşı Azərbaycan Komitəsi həbsdə olan gömrük generalları ilə görüşüb (ÖZƏL)

Cəmiyyət Materials 31 Avqust 2022 18:49 (UTC +04:00)
İşgəncələrə qarşı Azərbaycan Komitəsi həbsdə olan gömrük generalları ilə görüşüb (ÖZƏL)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İşgəncəlrə qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanma yeri və Xidmətin İstintaq Təcridxanasında monitorinq keçirib.

Bu barədə Trend-ə komitənin sədr müavini Elçin Şirinov məlumat verib.

O bildirib ki, komitə üzvləri təcridxanada saxlanılan şəxslərlə görüşüb, saxlanılan şəxslərə yaradılan şəraitlə tanış olublar: "Monitorinqi komitə sədri Tural Hüseynov və mən keçirdik. Monitorinq zamanı məlum oldu ki, istintaq təcridxanası təmir olunub. Saxlanılan şəxslər üçün lazımi şərait yaradılıb. Ərazidə böyük idman zalı, gəzinti meydançası düzəldilib, yeməkxana, mətbəx təmir edilib, saxlanma kameralarında hamam otağı yaradılıb, kameralar təmir edilib və televizorlar quraşdırılıb, havalandırma sistemi yaxşılaşdırılıb".

Sədr müavini bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərlə fərdi görüş keçirilib.

"Saxlanılan şəxslər onlar üçün normal şərait yaradıldığını bildirib. Qeyd etdilər ki, gün ərzində onlara idman və istirahət üçün vaxtlar ayrılır. Hər bir saxlanılan şəxs ayrıca vəkillə təmin edilib, vaxtında vəkilləri ilə görüşə bilirlər. Gündə 3 dəfə qidalanma ilə təmin olunurlar, ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradılır", - E.Şirinov bildirib.

Komitə rəsmisi əlavə edib ki, onlar istintaq təcridxanasında Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəis müavini Rəşad Babayev, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Məsum Rəsulov və "Tərtər işi"ndə təqsirləndirilən şəxslərlə görüşüblər. Saxlanılan şəxslərin heç biri saxlanma şəraitindən şikayət etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti