...

Alimpaşa Məmmədov həbsdə 234 səhifəlik kitab yazıb

Cəmiyyət Materials 31 Avqust 2022 18:52 (UTC +04:00)
Alimpaşa Məmmədov həbsdə 234 səhifəlik kitab yazıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədov saxlandığı istintaq təcridxanasında 234 səhifəlik kitab yazıb.

Bu barədə Trend-ə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.

O bildirib ki, komitə sədri Tural Hüseynov ilə birlikdə bu gün Dövlət Təhlükəsizliyi Xidmətinion İstintaq Təcridxanasında Alimpaşa Məmmədovla görüşüblər.

"Görüş zamanı Alimpaşa Məmmədovun saxlanma şəraiti, onun üçün yaradılan şəraitlə maraqlandıq. Heç bir şikayəti olmadı, səhhəti normaldır. Alimpaşa Məmmədov bildirdi ki, istintaq təcridxanasında yazdığı şeir və əsərlərin sayını artırıb. Təcridxanada 234 səhifəlik kitab hazırlayıb. Bildirib ki, həbsdən azad olunandan sonra 234 səhifəlik kitab nəşr etdirəcək. Sabiq icra başçısı həmçinin istintaqın ədalətli aparılacağına ümid etdiyini bildirdi", - E.Şirinov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti