...

Açıq məkanda dərman vasitələrini reklam edərkən nələrə diqqət edilməlidir?

Cəmiyyət Materials 5 Sentyabr 2022 15:18 (UTC +04:00)
Açıq məkanda dərman vasitələrini reklam edərkən nələrə diqqət edilməlidir?

Bakı. Trend:

ADRA maarifləndirmə işlərini davam etdirir

Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına icazə var. Amma bu o anlama gəlmir ki, həkim resepti olmadan buraxılan dərmanları da kim harada və necə gəldi reklam edə bilər. Həmin vasitələr reklam edilərkən, yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək olmaz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək də qadağandır. Bundan əlavə, fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə, həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq, dərmanın müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək, reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində təqdim etməyə icazə verilmir.

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri barədə reklam isə yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

Ölkəmizdə dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə də icazə verilmir.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) mətbat katibi Hüseyn Azəri bildirib ki, qanunun tələblərini pozmamaq üçün sahibkarlar həkim resepti olmadan buraxılan dərman vasitələrini açıq məkanda reklam etməzdən əvvəl Agentlikdən icazə almalıdırlar. Bu halda həmin reklamın məzmununa müvafiq nəzarət olunur, bununla da qanunvericiliyin tələbləri yerinə yetirilir.

Qeyd edək ki, Reklam haqqında Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində dərman vasitələrinin reklamı ilə yanaşı, tibbi təyinatlı texnikanın və məmulatların, eyni zamanda tibbi xidmətlərin reklamından bəhs edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti