...

50-yə yaxın şirkətin iştirakı ilə təhsil sərgi-yarmarkası keçirilir (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2022 13:36 (UTC +04:00)
50-yə yaxın şirkətin iştirakı ilə təhsil sərgi-yarmarkası keçirilir (FOTO)

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Absheron Marriott” otelində təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçirilir.

KOBİA-dan Trend-ə verilən məlumata görə, “Gələcəyini inşa et!” devizi ilə təşkil olunmuş sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır. 50-yə yaxın şirkətin iştirak etdiyi sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.

Sentyabrın 30-da öz işinə başlamış sərginin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, səfirlər, rektorlar və digər rəsmi şəxslər çıxış ediblər.

Sərgi oktyabrın 2-dək davam edəcəkdir.

Qeyd edək ki, Anadolu Universiteti, “MiniBoss Business School” Beynəlxalq Təshil Şəbəkəsi, Beynəlxalq Təhsil Mərkəzi, “İndigo” Print House, Gədəbəy Mineral Sularının “Slavyanka” su brendi və “Hədəf” şirkətlər qrupu sərginin sponsorlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti