...

Unibank Zəngilanın Ağalı kəndində sosial layihə həyata keçirib

Cəmiyyət Materials 30 Sentyabr 2022 17:45 (UTC +04:00)
Unibank Zəngilanın Ağalı kəndində sosial layihə həyata keçirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bank fəaliyyət göstərdiyi 30 il ərzində müxtəlif sahələrdə sosial layihələr həyata keçirib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra isə şəhid və qazı ailələrinə dəstək, eləcə də Qarabağ mövzusu bankın əsas KSM istiqamətinə çevrilib. Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda- Zəngilanın Ağalı kəndində reallaşdırıb. Unibank Ağalı kənd məktəbinin şagirdlərinə evlərində dərslərini daha rahat şəraitdə hazırlamaları üçün yazı masası dəsti hədiyyə edib. 80-dən çox şagird yazı masası dəsti ilə təmin olunub. Bank əməkdaşları məktəb kollektivi ilə görüşdə məktəbin kitabxanasına kitab dəstləri də təqdim ediblər. https://www.youtube.com/watch?v=Tw_vkrdaL0A

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-Sənin Bankın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti