...

Azərbaycanda yeni dərman preparatları və kosmetik vasitələr hazırlanıb

Cəmiyyət Materials 5 Oktyabr 2022 12:50 (UTC +04:00)
Azərbaycanda yeni dərman preparatları və kosmetik vasitələr hazırlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin tədqiqatları və onun əsasında dərman preparatlarının, kosmetik vasitələrin yaradılması Neft-Kimya Prosesləri İnstitutunun istiqamətlərindən biridir.

Bunu Trend-ə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru Vaqif Abbasov deyib.

O qeyd edib ki, son illər institut tərəfindən aparılan tədqiqatlar nəticəsində 6 yeni dərman vasitəsi yaradılıb və onların texniki şərtləri hazırlanaraq təsdiq olunub.

“Azərbaycanın çox zəngin florası var və ölkəmizdə əksər dərman bitkiləri bitir. Biz onlardan efir yağlarının alınması texnologiyasını, bu efir yağları ilə müalicəvi Naftalan neftindən alınan yağlar əsasında unikal dərman preparatları və kosmetik vasitələr hazırlamışıq. Bu dərman vasitələri heç bir yan təsirləri olmadan 70-dən çox xəstəliyin müalicəsi üçün uğurla istifadə oluna bilər. Hesab edirəm ki, yaxın vaxtlarda biz bu dərmanların xüsusi istehsalını təşkil edəcəyik”, - deyə V.Abbasov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti