...

Respublikanın dağlıq və dağətəyi ərazilərinə istilik verilişinə başlanılıb

Cəmiyyət Materials 1 Noyabr 2022 17:54 (UTC +04:00)
Respublikanın dağlıq və dağətəyi ərazilərinə istilik verilişinə başlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən etibarən respublikanın dağlıq və dağətəyi ərazilərinə istilik verilişinə başlanılıb.

Bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-dən bildirilib.

"Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.

Bu gündən etibarən respublikanın dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa (7+1 i/m), Şabran (6), Xaçmaz (8), Quba (3), Qusar (1) və Lerikdə (1) cəmi 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq.

Qeyd edək ki, istilik mövsümü ərzində istehlakçılar istilik enerjisi ilə tam təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti