...

Dr.Aynur Səfiyeva Kolon və Rektal Cərrahlar Universitetinin Beynəlxalq Cəmiyyətinin 31-ci Konqresində iştirak edib

Cəmiyyət Materials 1 Noyabr 2022 20:42 (UTC +04:00)
Dr.Aynur Səfiyeva Kolon və Rektal Cərrahlar Universitetinin Beynəlxalq Cəmiyyətinin 31-ci Konqresində iştirak edib

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitaının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı Aynur Səfiyeva 27-29 oktyabr 2022-ci il tarixlərində keçirilən Kolon və Rektal Cərrahlar Universitetinin Beynəlxalq Cəmiyyətinin 31-ci Konqresində iştirakçı və moderator qismində iştirak edib. Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Koreya, İsveçrə, Almaniya, Rusiya, Litva, Çin, Yaponiya və digər ölkələrin nüfuzlu kolon və rektal cərrahlarının iştirakı ilə keçirilən konqresdə kollerektal cərrahiyyədə yeniliklər, innovasiyalar, kök hüceyrələrinin tətbiqi, robotik cərrahiyyədə yeniliklər, COVİD-19 infeksiyasının kollerektal cərrahi xəstəliklərə təsiri, yenilənmiş protokolların olması mövzularında təqdimatlar edilmiş və mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Qürurverici haldır ki, Dr.Aynur Səfiyeva 29 oktyabr 2022-ci il tarixində konqresin “Aparılan Tədqiqat işlərinin müzakirəsi” panelində moderator qismində iştirak edib. Dr.Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən paneldə bədxassəli törəmələrin və iltihabi bağırsaq xəstəliyində mikrobiomların tətbiqinə aid mövzularda müzakirələr aparılıb. Qeyd edək ki, tədbirdə dünyanın 50-dəb çox ölkəsindən 1000-ə yaxın mütəxəssislər iştirak edib. Həmçinin, konqres çərçivəsində kurslar keçirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar tədim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti