...

Temperatur 3-4 dərəcə artıb, su ehtiyatları isə 15 faiz azalıb - Nazir müavini

Cəmiyyət Materials 2 Noyabr 2022 13:09 (UTC +04:00)
Temperatur 3-4 dərəcə artıb, su ehtiyatları isə 15 faiz azalıb - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Su ehtiyatlarının azalması, küləkli günlərin sayının çoxalması, meşə yanğınları Azərbaycanın ekoloji mühitinə mənfi təsir göstərib.

Trend-in məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycanda "yaşıl" transformasiyanın sürətləndirilməsinin yeni üsullarının müəyyən edilməsi" panel sessiyasında deyib.

Onun sözlərinə görə, son yüz il ərzində Azərbaycanda havanın temperaturu 3-4 dərəcə artıb, su ehtiyatları isə 15 faiz azalıb.

"Bunu nəzərə alaraq nazirlik tərəfindən müvafiq komissiyalar yaradılıb. Bu komissiyalar su ehtiyatlarının mühafizəsi, eləcə də yeni su mənbələrinin yaradılması istiqamətində işlər aparır. Biz həm də təbii ehtiyatların mühafizəsinin təmin olunması məqsədilə təmiz və "yaşıl" texnologiyalar tətbiq edirik", - nazir müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti