...

Dövlət büdcəsində müdafiə xərclərinin artırılması məqsədəuyğundur - Siyavuş Novruzov

Cəmiyyət Materials 4 Noyabr 2022 15:21 (UTC +04:00)
Dövlət büdcəsində müdafiə xərclərinin artırılması məqsədəuyğundur - Siyavuş Novruzov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan həm İran, həm də Hindistandan silah alınmasını razılaşdırıb. Hesab edirəm ki, bu da Azərbaycan və Türkiyəyə tuşlanıb. Bu baxımdan, dövlət büdcəsində müdafiə xərclərinin artırılması məqsədəuyğundur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bugünkü birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zamanı deyib.

S.Novruzov bildirib ki dövlət büdcəsində bu addımların atılması hər kəsin ürəyincədir. Lakin ayrılan vəsait hərbçilərin ailələrinə, onların yaşayış, ezamiyyət tariflərinə də təsir etsə, yaxşı olar.

"Nəzərə alaq ki, bir insan dünən 50 manata kirayə qalırdısa, bu gün 100 manata qalır. Üstəlik, internet xərcləri və digər xərclər var", - deyə deputat qeyd edib.

Qeyd edək ki, ümumilikdə, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti