...

Şuşada 16 binanın istilik sistemi yenidən qurulub

Cəmiyyət Materials 15 Noyabr 2022 11:27 (UTC +04:00)
Şuşada 16 binanın istilik sistemi yenidən qurulub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Şuşada 16 binanın istilik sistemi yenidən qurulub.

Trend-in məlumatına görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı jurnalistlərə” Azəristiliktəchizat” ASC-in sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onus sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində "Azəristiliktəchizat" ASC təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.

"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 may tarixli 2642 nömrəli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla quraşdırılmış gücü 8110 kVt/saat olan 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb", - İ.Mirzəliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti