...

Qaçqın və məcburi köçkün şəhərciklərinin "Azəristiliktəchizat"a altı milyon manatdan çox borcu var

Cəmiyyət Materials 15 Noyabr 2022 11:49 (UTC +04:00)
Qaçqın və məcburi köçkün şəhərciklərinin "Azəristiliktəchizat"a altı milyon manatdan çox borcu var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik və isti su xidmətlərinə görə borc altı milyon manatdan çoxdur.

Trend xəbər verir ki, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına 3 istehlakçı qrupu daxildir:

- Əhali istehlakçıları - 3871 bina, 184,0 minə yaxın mənzil;

- Büdcədən maliyyələşən təşkilatlar - 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyyələşən digər təşkilat;

- Təsərrüfat hesablı və kommersiya obyektləri - 2081 ədəd.

İ.Mirzəliyevin sözlərinə görə, hesabat dövründə əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8% təşkil edib.

"Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş ürəkaçan səviyyədə olmayıb. 1 noyabr 2022-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur", - deyə İ.Mirzəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti