...

İstilik probleminin olduğu təhsil və səhiyyə müəssisələrinin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Noyabr 2022 11:52 (UTC +04:00)
İstilik probleminin olduğu təhsil və səhiyyə müəssisələrinin sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mövsümdən öncə "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Bununla bağlı aidiyyəti qürumlara müvafiq məlumat verilib.

Trend-in məlumatına görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, hazırda 191 yaşayış binası, 19 təhsil müəssisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.

"Azəristiliktəchizat" ASC-nin məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.

Qurum rəsmisi həmçinin qeyd edib ki, ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına həyata keçirilir.

Yalnız 8%-i "Azəristiliktəchizat" ASC-ə məxsus qazanxanalar vasitəsi qızdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti