...

"Azəristiliktəchizat" pilot layihə çərçivəsində 50-yə yaxın sayğac quraşdırmağı planlaşdırır

Cəmiyyət Materials 15 Noyabr 2022 11:57 (UTC +04:00)
"Azəristiliktəchizat" pilot layihə çərçivəsində 50-yə yaxın sayğac quraşdırmağı planlaşdırır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azəristiliktəchizat" ASC pilot layihə çərçivəsində qeyri-əhali istehlakçıları üçün 50-yə yaxın sayğacın quraşdırılmasını planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı jurnalistlərə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İ.Mirzəliyev bildirib.

Onun sözlərinə görə, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəliliyini, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursları daha effektiv planlaşdırmaqdır:

"Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3 500-ə yaxın isti su sayğacı alınaraq quraşdırılmasına başlanılıb”, - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti