...

Moped sürücüləri yol nişanlarına məhəl qoymurlar - Kamal Cəfərov

Cəmiyyət Materials 29 Noyabr 2022 16:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yalnız son 10 ayında motosiklet və mopedlərin iştirakı ilə 196 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 18 nəfər həlak olub, 49 nəfər yaralanıb. 135-i isə maddi zərərlə nəticələnib. Statistikaya əsasən, moped sürücülərinin iştirakı ilə baş verən hər yol-nəqliyyat hadisəsində daha çox gənclər xəsarət alır və dünyasını dəyişir. Müşahidə göstərir ki, moped sürücüləri yol-nəqliyyat nişanlarına, işıqforlara məhəl qoymurlar.

Trend-in məlumatına görə, bunu deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Çalışdıqları kuryer və poçt şirkətləri onları tələsdirirlər. Mopedlər tıxac zamanı çətinlik yaradırlar, xaotik sürürlər. Eyni zamanda, gənclərin dəbilqəsiz və bəzi hallarda sükanı bir əli ilə idarə etməsi, yolların əks istiqamətində və səkilərdə sürməsi qəza risklərini daha da artırır, həm özlərinin, həm də digər sərnişinlərin həyatını təhlükə altına salır”, - deyə o qeyd edib.

Deputat bildirib ki, bu cür halların təkrar olunmasının əsas səbəbi də yol hərəkəti qaydalarını pozan moped sürücülərinin cəzasız qalmasıdır.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Hazırda moped sürücülərinin sayının minlərlə olduğu nəzərə alınaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti