...

AzMİU ilə Almaniyanın Brandenburq Texnologiya Universiteti arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2022 16:51 (UTC +04:00)
AzMİU ilə Almaniyanın Brandenburq Texnologiya Universiteti arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın Brandenburq Texnologiya Universitetinin Metalkəsən dəzgahlar kafedrasının müdiri, professor Silviya Simon Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub və universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüb. Görüşdə AzMİU-nun Materialşünaslıq kafedrasının müdiri, professor İradə Şirinzadə, Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri, dosent Nurməmməd Məmmədov, Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev, şöbənin əməkdaşları Könül Şirinova, Natiq Məhəməliyev və PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev iştirak edib.

Prorektor Nərgiz Abdullayeva qonağa AzMİU haqqında, universitetin fakültə və ixtisasları, tələbə kontingenti, elmi tədqiqatları və beynəlxalq əlaqələri ilə bağlı geniş məlumat verib. Universitetin genişlənən beynəlxalq əlaqələrinə diqqət çəkən prorektor qeyd edib ki, AzMİU Avropa universitetləri ilə əməkdaşlıqda maraqlıdır.

Professor Silviya Simon görüş üçün təşəkkür edib və Brandenburq Universiteti haqqında məlumat verib. Əməkdaşlığın hər iki ali təhsil müəssisəsinə müsbət təsir edəcəyinə inandığını deyən Silviya Simon Brandenburq Universiteti ilə AzMİU arasında bir sıra potential əməkdaşlıq imkanları mövcud olduğunu qeyd edib.

Görüşdə AzMİU və Brandenburq Universiteti arasında əməkdaşlığın detalları, o cümlədən İnşaat və Memarlıq fakültələrinin ixtisasları, eləcə də Mexanika mühəndisliyi ixtisası üzrə əməkdaşlıq, birgə yay məktəblərinin təşkili, Erasmus ve DAAD proqramları çərçivəsində tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdən sonra Silviya Simon AzMİU-nun tədris və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti