...

Ucqar kəndlərdə bir müəllim bir neçə fəndən dərs deyir - Hicran Hüseynova

Cəmiyyət Materials 15 Dekabr 2022 11:24 (UTC +04:00)
Ucqar kəndlərdə bir müəllim bir neçə fəndən dərs deyir - Hicran Hüseynova

Bakı. Trend:

Ucqar kəndlərdə bir müəllim bir neçə fəndən dərs deyir. Mən bunu nöqsan kimi demirəm, bu reallıqdır və biz buna diqqətlə yanaşmalıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, bu cür müəllimlərin necə sertifikasiyadan keçməsi müəyyən edilməlidir.

“Müəllimlər mütləq təcrübələrini artırmalıdır. Müəllimlər öz üzərində çalışmalıdır. Bu gün şagirdlərin internetə çıxışı var və bütün məlumatları əldə edə bilirlər. Ona görə də müəllimlər daha bilikli olmalıdır, öz təcrübələrini artırmalıdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti