...

BSU-da “Sən də bir günlük tələbə ol”

Cəmiyyət Materials 15 Dekabr 2022 14:51 (UTC +04:00)
BSU-da “Sən də bir günlük tələbə ol”

Bakı. Trend:

Bakı Slavyan Universiteti (BSU) abituriyentlər üçün maraqlı layihəyə başlayır. “Sən də bir günlük tələbə ol” adlı layihənin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etmək, mövcud ixtisaslar və təqaüd imkanları barədə ətraflı məlumat vermək, ixtisas seçimində şagirdlərə dəstək olmaqdır.

İştirakçılar, həmçinin, BSU-nun professor-müəllim heyəti ilə tanış olmaq və seçdikləri ixtisas üzrə tədris olunan dərslərdə iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, BSU-da III və IV ixtisas qrupları üzrə ( Azərbaycan və Rus dillərində) tədris aparılır.

Layihədə iştirak etmək üçün qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link: http://shorturl.at/cFGM4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti