...

Azərbaycan Radiosu və Beynəlxalq radiodan YENİLİK (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2022 00:58 (UTC +04:00)
Azərbaycan Radiosu və Beynəlxalq radiodan YENİLİK (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə daxil olan Azərbaycan Radiosu və Beynəlxalq radionun sosial şəbəkə hesabları fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, artıq dinləyicilər hər iki radionu “Youtube”, “Facebook” və “Telegram” vasitəsilə dinləyə biləcək.

Bundan əlavə Azərbaycan Radiosunda “Qızıl fond” adlı layihə fəaliyyətə başlayacaq. Retro mahnılar radio vasitəsilə dinləyicilərin zövqünü oxşayacaq.

Beynəlxalq radionun "Qızıl Fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. Hazırda radionun fonotekasında 100 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı qorunur.

Beynəlxalq radio 9 dildə yayımlanacaq. Azərbaycan, rus, türk, ərəb, talış, kürd, ləzgi, fars və erməni dilində xəbərləri dinləyicilərə təqdim edilir.

AzTV-nin mühüm xəbərlərini Beynəlxalq radioda müxtəlif dillərə tərcümə olunaraq daha geniş auditoriyaya çatdırılacaq.

Azərbaycan Beynəlxalq Radiosu 1941-ci il iyulun 20-də yaranıb. Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, folklorunun təbliği ilə məşğul olan bu radio kanalı həm də dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı xəbərləri, analitik şərhləri, müzakirələri, aktual müsahibələri və milli musiqilərimizi dinləyicilərə çatdırır.

Fəaliyyəti dövründə Xarici Verilişlər Radiosu, Xarici Verilişlər Studiyası, 1994-cü ildən Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan Beynəlxalq Radiosu adlandırılıb.

Əvvəllər “Bakının səsi”, indi isə “Azərbaycanın səsi” çağırışı ilə efirə çıxır.

Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə “Diqqət, danışır Bakı” sözləri ilə yayıma başlayıb. Şərqdə ilk radiodur.

Radionun publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynayıb.

İlk verilişlərin hazırlanmasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi görkəmli şəxsiyyətlər iştirak ediblər.

Radionun ilk azərbaycanlı kişi diktoru İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Raya İmanzadə olub.

Hazırda Azərbaycan Radiosu 105 FM dalğasında dinləyicilərin görüşünə gəlir.

Azərbaycan Radiosunun “YouTube” linki: https://www.youtube.com/@az105fm/videos
Beynəlxalq radionun “YouTube” linki: https://www.youtube.com/@beynelxalqradio/videos

Məqalədə:
Xəbər lenti

Xəbər lenti