Bakı. Trend:
Orta aylıq əməkhaqqı 867 manat təşkil edib.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2022-ci təqvim ilində 867 manat təşkil edib.
2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub.