...

"Xocasən" metro stansiyası sıxlığı aradan qaldıracaq?

Cəmiyyət Materials 26 Dekabr 2022 12:17 (UTC +04:00)
"Xocasən" metro stansiyası sıxlığı aradan qaldıracaq?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub. “Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir.

Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, "Xocasən" metro stansiyasının fəaliyyətə başlaması paytaxtda sıxlığın aradan qaldırılması üçün müsbət addımdır.

Onun sözlərinə görə, stansiyanın potensialı böyükdür, amma daha funksional olması üçün bəzi dəyişikliklərə ehtiyac var.

"Bəzi dəyişikliklər etmək lazımdır ki, stansiyadan daha çox insan istifadə edə bilsin. "Xocasən" metro stansiyasının yaxınlığında dəmiryol stansiyası var. Onunla multimodal daşınmanın təşkili barəsində düşünmək olar. Sumqayıt, Xırdalan, Xocasən, Lökbatan, Sahil və Ələt dəmiryolu Xocasən stansiyası ilə əlaqələndirilsə, bu, daha uzaq məsafələrdən metroya əlaqəni təmin etmiş olarıq. Həmçinin yaxınlıqdakı "Sədərək" ticarət mərkəzi ilə stansiyanı marşrut şəbəkəsi ilə əlaqələndirmək olar. Bütün bunlar Xocasən stansiyasından istifadə edənlərin sayına və şəhərlə əlaqəsinə birbaşa təsir edə bilər", - R.Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, qeyd olunan işlər görülərsə, nəqliyyatın bugünkü vəziyyətinə ciddi təsir edəcək:

"Burada əsas nəzərdə tutulan məqamlar xətlərin ayrılmasıdır. Belə ki, yaşıl xətt üçün "Dərnəgül" elektrik deposunun inşasının tamamlanması, "Xətai" stansiyasından sonra iki stansiyanın (Y 14 və Y15) tikintisi, 4.6 km uzunluğunda Dərnəgül-Koroğlu xəttinin tikintisi və 3 stansiya, Y15- Həzi Aslanov xəttinin və iki yeni stansiyanın tikintisi, 28 May/ C. Cabbarlı stansiyalarında Qırmızı və Yaşıl xətlərin ayrılmasıdır. Bundan başqa Bənövşəyi xəttin şəhərin mərkəzinə çatdırılması mütləqdir. Hazırki vaxtda Bənövşəyi xətt "8 Noyabr" stansiyasında tamamlanır. Layihə üzrə "Xətai" stansiyasında əlaqələndirmə təmin edilərsə, trafikə təsir göstərəcək", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti