...

İstilik almayan mənzillərin problemləri aradan qaldırılır

Cəmiyyət Materials 26 Dekabr 2022 23:29 (UTC +04:00)
İstilik almayan mənzillərin problemləri aradan qaldırılır

Bakı. Trend:

“Azəristiliktəchizat” ASC tərəfindən çoxmənzilli yaşayış binalarında və həmin binalardakı mənzillərdə istilik sistemlərinin təmiri istiqamətində müvafiq addımlar atılır.

“Azəristiliktəchizat”dan Trend-ə bildirilib ki, ASC-nin Abonent və Müştəri Xidmətləri şöbəsinə cari il ərzində mənzildaxili problemlər səbəbindən istiliklə təmin edilə bilməyən mənzillərdən 668 müraciət daxil olub. Şirkət bu problemlərin aradan qaldırılması üçün öz resursları hesabına ödənişsiz əsaslarla tədbirlər həyata keçirib. Bu işlərin maddi dəyəri kifayət qədər yüksəkdir.

Hazırda əsas problem və çətinliklərdən biri paytaxt ərazisində yerləşən bir sıra yaşayış binalarının zirzəmisində qrunt sularının yığılması, bir çox hallarda isə çirkab sularının dolması ilə bağlıdır. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları xüsusi geyim və vasitələrdən istifadə etməklə binaların zirzəmisində siyirtmələrin, ventillərin və boruların təmir-bərpa işlərini apararaq binanın istilik təchizatının bərpası üçün ən zəruri tədbirlərin görülməsini təmin edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti