...

Ağsu dolaylarının bağlanması ilə bağlı məlumat yalandır - AAYDA

Cəmiyyət Materials 9 Yanvar 2023 16:24 (UTC +04:00)
Ağsu dolaylarının bağlanması ilə bağlı məlumat yalandır - AAYDA
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İki magistral avtomobil yolunda avtomobillərin hərəkətinin dayandırılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda bütün istiqamətlər üzrə, o cümlədən Muğanlı-Ağsu və Muğanlı-İsmayıllı istiqamətlərində avtonəqliyyat vasitələri fasiləsiz olaraq hərəkət edirlər.

Yalnız təhlükəsizlik baxımından Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən səhər saatlarında yük avtomobilləri və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələri alternativ yollara istiqamətləndirilib.

Hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməkləri tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti